Hüseyni sevirsən?

Cəmaləm ❤️

Xəyalın yanımda, sən uzaqdasan, Hicranın yolları ömür qədərdir. Bu yalqız axşamda yuvama baxsan, Mənəm, xəyalındır, bir də kədərdir. Gəl ört pəncərəni, qalaq üz-üzə Bir sən ol, bir də mən, bir də gözlərin Vüsal qərq olurkən hicran dənizə, Ağ bir yelkən olsun o son sözlərin. Bir sən ol, bir də mən, bir də dərdimiz Ağlayaq doyunca gülək doyunca, Baş-başa qaldıqca bu möhnətdə biz, Döysün qapıları külək doyunca Döysün, qoy açmayaq yorulsun külək, Qəmli hicran qalsın qapıda dustaq. Bir az vüsalınla çırpınsın ürək, Sonra… Sonra yenə biz ayrılmayaq…